Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 00:33

Manat hərracda bir az da bahalaşdı


Dollar

Bu gün, aprelin 6-sı Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7031 səviyyəsində formalaşıb.

Bu gün, aprelin 6-na olan rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7140 manata bərabər olmuşdu.

İki gün əvvəl keçirilən son hərraclarda isə 1 dollar 1.7244 manat müəyyən edilmişdi.

Bir çox ekspertlər Azərbaycanda manatın məzənnəsinin, əslində, inzibati qaydada müəyyən edildiyini düşünürlər. Onlar deyirlər ki, manatın möhkəmlənməsindən ötrü iqtisadi əsaslar yoxdur. Üstəlik, manat möhkəmlənir, ancaq bu qiymətlərdə özünü göstərmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG