Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 11:33

AFFA-nın baş katibi UEFA-ya seçilə bilməyib


UEFA-nın 41-ci konqresi.

Bu gün, aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci növbəti konqresi keçirilib. Toplantı beynəlxalq futbol qurumunun internet səhifəsi üzərindən yayımlanıb.

Konqresin gündəliyinə daxil olan əsas mövzularından biri UEFA İcraiyyə Komitəsinin boş yerlərinə seçkilər olub. İştirakçılar 8 komitə üzvünü seçiblər.

Buna da bax:​ AFFA danışılmış oyunlara görə cəza yağdırdı

AFFA prezidenti Rövnəq Abdullayevin də qatıldığı toplantıda Azərbaycanın da İcraiyyə Komitəsinə namizədi olub. AFFA-nın baş katibi Elxan Məmmədovun üzvlüyə namizədliyi irəli sürülüb.

8 yer uğrunda 11 nəfər mübarizə aparıb. Ancaq AFFA-nın baş katibi az səs alaraq komitəyə seçilə bilməyib.

Buna da bax: UEFA prezidenti: 'Azərbaycanın da şansı var'

Toplantıda UEFA rəhbərliyinin fəaliyyət və maliyyə hesabatları da müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG