Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:50

AFFA danışılmış oyunlara görə cəza yağdırdı


Futbol
Futbol

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 1-ci divizionda danışılmış oyunlarda iştirak etdikləri güman olunan 9 futbolçunu yarışlardan kənarlaşdırıb.

Bu haqda AFFA-nın məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, qərar UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin tövsiyələrinə əsasən çıxarılıb.

AFFA-nın qərarına əsasən, «Şahdağ»dan İqrar Səmədov, Uche Chukunyere, «Rəvan»dan Elvin Əliyev, Cəmşid Məhərrəmov, «Göyəzən»dən Arzuman Vəliyev, Tunar Şahtaxtinski, «Energetik»dən (Mingəçevir) Elvin Əlizadə, Kamran Lalayev və Ruslan Həmidova 2016-2017 mövsümünün sonuna qədər futbola aid bütün məşğuliyyətlər qadağan edilib.

«RƏVAN» VƏ «ŞƏRURSPOR» 1-Cİ DİVİZİONDAN ÇIXARILDI

Bundan başqa, danışılmış oyunlarda adı ən çox hallanan «Rəvan» və «Şərurspor» futbol klubları 1-ci diviziondan kənarlaşdırılıb.

Hər iki kluba 1-ci divizionda oyunların 50 faizdən çoxunda iştirak etdiyinə görə, növbəti oyunlarında 0:3 hesablı texniki məğlubiyyət verilib. «Rəvan» və «Şərurspor»un bütün oyunçularına «azad agent» statusu təqdim edilib.

Qərarla adları danışılmış oyunlarda hallanan «Şahdağ» FK, «Energetik» FK, «Bakılı» FK və «Göyəzən» FK-ya xəbərdarlıq olunub. Bu klubların danışılmış oyunlarda iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, 1-ci diviziondan kənarlaşdırılacaqları bildirilir.

TANINMIŞ HAKİMƏ ÖMÜRLÜK FUTBOL QADAĞASI

AFFA-nın qərarı ilə hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

«Şahdağ» klubunun inzibatçısı Rəfael Kübərov isə 2 il futboldan kənarlaşdırılıb.

AFFA-nın qərarı ilə cəzalandırılmış klublar, futbolçular və hakimdən, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb.

Azərbaycanda danışılmış futbol oyunları məsələsi ötən ilin sonunda daha sıx gündəmə gəlmişdi. Həmin vaxt AFFA danışılmış oyunlarda iştirak etdikləri güman olunan 22 futbolçunun yarışlardan kənarlaşdırılması haqda qərar vermişdi.

Danışılmış oyunlar futbolda ən pis hallardan biri sayılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG