Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:01

İranda güclü zəlzələ olub


Zəlzələ

ABŞ Geoloji Xidməti (USGS) İranda güclü zəlzələ olduğunu bildirir.

6.1 bal gücündə zəlzələ aprelin 5-də Məşhəd şəhərinin 76 kilometrliyində baş verib.

Məlumata görə, zəlzələ 33 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik, itkilər və dağıntılar barədə bilgi yoxdur. Amma «Tasnim» agentliyi bəzi yerlərdə telefon xətlərinin kəsildiyini bildirir.

İran seysmik zonada yerləşir və burada zəlzələlər tez-tez baş verir.

2003-cü ildə 6.6 bal gücündə zəlzələdə 26 min adam həlak olub, tarixi Bəm şəhəri yerlə-yeksan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG