Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:23

Bob Dylan Nobel mükafatını Stockholmda, qapalı mərasimdə aldı


Bob Dylan
Bob Dylan

Məşhur Amerika musiqiçisi və bəstəkarı Bob Dylan keçən il layiq görüldüyü ədəbiyyat üzrə Nobel Mükafatını təqdimetmə mərasimindən təqribən dörd ay sonra İsveçin paytaxtı Stockholmda alıb. Bu haqda Nobel Akademiasının bloqunda xəbər yayılıb. Nobel Akademiyasının rəhbəri Sara Danius Dylanın mərasimdə Nobel Mükafatı Komitəsinin üzvləri ilə görüşüb həm Nobel diplomunu, həm də medalını aldığını deyib. Danius mərasimdə iştirak edənlərin mükafatı təqdim etdikdən sonra şampan şərabı içdiklərini də deyib. Qapalı mərasimdə Nobel Ədəbiyyat Mükafatını alacaq şəxsləri müəyən edən 12 münsiflər heyəti üzvündən başqa heç kim dəvət olunmayıb. 75 yaşlı müğənni isə mərasimdən sonra Stockholmda konsert verib.

Buna da bax: Mahnı sözləri yazaraq Nobel alan ilk şair Bob Dylan deyil Taqoruymuş

Xatırladaq ki, İsveç Akademiyası 2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatını Bob Dylana “Amerika mahnı ənənəsində poetik ifadədə yeni dil” yaratdığına görə verib. Oktyabrın 13-ü mükafata layiq görülən Dylana Nobel komitsi uzun müddət yaxın düşə bilməyib. Dylanın mükafatı rədd edəcəyi ilə bağlı yalan xəbərlər çıxsa da, sonra müğənni sükutunu pozaraq mükafatı qəbul etdiyini bildirmiş "Nobel mükfatı aldığım haqda xəbərdən sonra nitqim tutulmuşdu. Bu mükfata çox dəyər verirəm" - demişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG