Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 22:05

Bloqqer işgəncə şikayətlərini davam etdirir


M.Hüseynov

«Həbsdə olan bloqqer Mehman Hüseynovun işi üzrə aprelin 4-də apellyasiya şikayəti təqdim etmişik».

Bunu AzadlıqRadiosuna M.Hüseynovun vəkili Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, məhkəmənin vaxtı tezliklə bilinəcək.

E.Sadıqov vurğulayıb ki, şikayət M.Hüseynova işgəncə verilməsi iddiası ilə bağlı müdafiə tərəfin vəsatətini Səbail rayon Məhkəməsinin qəbul etməməsindəndir.

XATIRLATMA

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi.

Şikayətdə M.Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

Prokurorluq bloqqerin işgəncə şikayəti ilə bağlı cinayət işi açılmasına lüzum görməyib. Ardınca müdafiə tərəfinin bununla bağlı şikayətini də Səbail rayon Məhkəməsi qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG