Bu gün, aprelin 4-ü Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7145 səviyyəsində formalaşıb.
Bu gün, aprelin 4-ü rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1.7244 manata bərabər olmuşdu.
Son hərraclarda bunun əksinə, manat dollara nisbətən dəyər itirirdi.
Bir çox ekspertlər Azərbaycanda manatın məzənnəsinin, əslində, inzibati qaydada müəyyən edildiyini düşünürlər.