Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 22:29

'Trump Rusiyaya sərt tədbirləri dəstəkləyəcək'


Nikki Haley

Kremlin ABŞ-da prezident seçkisinə müdaxiləsiylə bağlı təhqiqat tamamlanan kimi ABŞ prezidenti Donald Trump Rusiyaya qarşı sərt tədbirləri dəstəkləyəcək. Bunu ABŞ-ın BMT-dəki səfiri Nikki Haley aprelin 2-də ABC televiziyasına deyib.

«Heç bir ölkənin seçkilərimizə müdaxiləsini istəmirik», – deyən səfir onu da əlavə edib ki, Rusiyanın seçki kampaniyasına müdaxiləsi şəksizdir. Haley söyləyib ki, Rusiyayla bağlı sərt sözləri Trump-ın bəyanatlarına zidd deyil. Trump Rusiyanın 2016-cı il ABŞ seçki kampaniyasında roluyla bağlı deyilənlərin əhəmiyyətini kiçiltməyə çalışır.

ABŞ kəşfiyyat agentlikləri belə bir qənaətə gəliblər ki, Rusiya Trump-ın qələbəsinə yardım məqsədiylə seçki kampaniyasına müdaxilə edib. Trump isə bildirib ki, Rusiya casuslarının Demokratlar Partiyasının elektron poçtuna müdaxilə etməsinə inanır, amma Rusiyanın seçkinin nəticələrinə təsir göstərdiyini düşünmür.

«Trump ictimai şəkildə Rusiyaya qarşı yetərincə sərt mövqe sərgiləyibmi» sualına Haley belə cavab verib: «Əlbəttə. Hazırda Rusiyaya sevgi, yaxud başqa bir şey baş vermir».

Rusiya prezidenti Vladimir Putin Moskvanın ABŞ-da prezident seçkisinə müdaxilə etmədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG