Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 00:34

"İslam dövləti" qrupu İranı məhv etməklə hədələdi


Foto arxiv

“İslam dövləti” qrupu yaraqlıları fars dilində yaydıqları videoda İranı qisala, məğlubiyyətlə hədələyirlər.

Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Videodan əsir götürülmüş 4 əsgərin başının kəsildiyi güman edilir.

Yaraqlılar həmçinin videoda İrandakı sünni azlığını bu ölkədəki şiə rejiminə qarşı qiyama çağırırlar.

36 dəqiqəlik bu videonun bu həftə İraqın Diyala əyalətindən yayıldığı bildirilir.

İranın Dövlət kütləvi informasiya vasitələri bunu rədd edib və videonu təbliğat kimi qiymətləndiriblər.

Dövlət mediası hesab edir ki, yaraqlılar bununla verdikləri itkilərdən diqqəti yayındırmaq istəyirlər.

İraqda “İslam dövləti” qrupuna qarşı mübarizə aparan xarici qüvvələr arasında iranlılar da var, amma İran onların şiə ibadətgahlarının müdafisinə gedən könüllülər olduğunu deyir.

Videoda üzübağlı yaraqlılardan biribirbaşa İranın ali dini lideri ayatollah Ali Khameneini hədələyir və arxasındakı xarabalığı göstərərək deyir ki, bu başlar kimi tezliklə sizin evinizi də məhv edəcəyik.

Günün bütün mövzuları

XS
SM
MD
LG