Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:48

Flynn 'Rusiya istintaqı'nda toxunulmazlıq istəyir


Michael Flynn

Prezident Donald Trump-ın milli təhlükəsizlik müşaviri postundan çıxarılmış Michael Flynn rəsmilərə deyib ki, Konqres komitələrinin suallarını cavablandırmaq istəyir. Bir şərtlə ki, Trump kampaniyasının Rusiyayla mümkün bağlarını araşdıran istintaq onu «ədalətsiz» mühakimə etməsin.

Flynn-in vəkili Robert Kelner martın 30-da deyib ki, «Flynn-in deməyə sözü var, imkan yaradılarsa, onu deməyi çox istəyir».

Daha öncə «The Wall Street Journal» yazmışdı ki, Flynn Federal Təhqiqatlar Bürosuna (FBI) və Konqresin təhqiqatçılarına danışmaq, əvəzində istintaqdan toxunulmazlıq istəyir.

FBI və Konqresin kəşfiyyat komitələri Flynn-in Rusiyayla əlaqələrini öyrənirlər. Konqres komitələri Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsini, Trump kampaniyası ilə Kreml arasındakı mümkün bağları araşdırır.

«The Wall Street Journal» yazıb ki, Flynn-in toxunulmazlıq istəməsi onun hüquqi baxımdan təhlükədə olmasına inandığını göstərir. FBI və komitələr ona, hələlik, toxunulmazlıq verməyib.

Flynn vəzifəsindən fevralın 13-də çıxarılıb. Onun Trump prezident andı içməmişdən Rusiya səfiriylə sanksiyaları müzakirə etdiyi, eləcə də prezident seçkisindən öncə Rusiya şirkətlərindən 67 min dollardan çox pul aldığı üzə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG