Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:28

İki respublikaçı senator ABŞ-ın Suriya prezidenti Bashar al-Assad-ın vəzifədən getməsinə daha israr etməməsini pisləyib. Senatorlar John McCain və Lindsey Graham martın 30-da yaydıqları bəyanatlarda yeni Trump administrasiyasını «özünü dağıdan» və «ciddi» səhvə görə tənqid edib.

Martın 30-da ABŞ-ın BMT-dəki səfiri Nikki Haley Nyu-Yorkda deyib ki, «prioritetimiz Assad-ın getməsinə fokuslanmaq deyil». Ondan öncə, Ankarada olan dövlət katibi Rex Tillerson söyləyib ki, Assad-ın taleyini Suriya xalqı müəyyən edəcək.

McCain və Graham respublikaçılar içində Donald Trump-ın siyasətini tənqid edənlərin önündə gedirlər. McCain Suriya vətəndaşlarına hücumlara görə Assad ordusunu, Rusiya hava qüvvələrini və İranın dəstəklədiyi yaraqlıları ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG