Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:45

Çimərlik turizminə dair tədbirlər planı təsdiqlənib


Mərdəkanda qadağan olunmuş çimərlik.

Prezident İlham Əliyev bu gün, martın 30-da çimərlik turizminin inkişafı ilə bağlı 2017–2020-ci illərə aid tədbirlər planını təsdiqləyib.

Sənədin imzalanmasında məqsəd Xəzər dənizindən turizmdən ötrü daha səmərəli istifadəni təmin etməkdir. Bundan ötrü Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yeni çimərliklərın salınması da planlaşdırılır..

Sənəddə nəzərdə tutulan tədbirlər 6 istiqaməti əhatə edir.

Buna da bax:​ Türkiyədə və Azərbaycanda istirahət yerlərinin əsas fərqləri (Fotolar)

Birinci istiqamət çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Bu tədbirlər sırasına korporativ idarəetmənin və keyfiyyət standartlarının təkmilləşdirilməsi, çimərliklərin mühafizəsi qaydalarını pozanların inzibati məsuliyyətini müəyyən edən qanun layihəsinin hazırlanması daxildir.

Növbəti istiqamət çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi ilə bağlıdır. Sənədə görə, çimərlik operatorları əhalinin ən azı 200 metrdən bir sahilə sərbəst çıxışını təmin edəcək.

Buna da bax:​ Halal turizm – qapalı hovuz, yelkənlə bağlanmış dəniz...

Sənəddə çimərlik operatorlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

Digər istiqamət təhlükəsizlik tədbirləri ilə bağlıdır.

Sənəddə göstərilir ki, çimərlik ərazisində təhlükəsizlik tədbirləri barədə müvafiq təlim keçmiş əməkdaşlar olmadıqda, operatorların fəaliyyəti məhdudlaşdırıla biləcək.

Planda çimərliklərə dair informasiya bazasının yaradılması və çimərlik turizminin təşviqi də nəzərdə tutulur.

Buna da bax: Turizmin də strateji xəritəsi açıqlandı

Tədbirlər planının icrasını Mədəniyyət və Turizm Nazirliyi əlaqələndirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG