Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:38

Bob Dylan axır ki Nobeli almaq üçün Stokholma gəlir


Amerikalı müğənni və şair Bob Dylan.
Amerikalı müğənni və şair Bob Dylan.

Amerikalı rock əfsanəsi şair və ifaçı Bob Dylan axır ki, 2016-cı ildə layiq görüldüyü ədəbiyyat üzrə Nobel mükafatını, həmçinin mükafata əlavə olaraq verilən diplom və medalı bu həftənin sonu alacaq. Bu haqda İsveç Elmlər Akademiyasının katibi Sara Danius məlumat yayıb.

Belə ki, Dylan aprel ayının 1-2-si arası İsveçin paytaxtı Stokholm şəhərində konsert verəcək və mükafatı da o günlərdə alacağı gözlənilir.

Buna da bax: Bob Dylan Nobel komitəsinə "Nobel nitqi"nin mətnini yollayıb

Keçən il mükafata layiq görüldükdən sonra Dylanın Nobeli almağa gəlməməsi onun pərəstişkarları və münsiflər heyətinin üzvlərini təəccübləndirmişdi. Ancaq Nobel mükafatının qaydalarında deyilir ki, mükafata layiq görülmüş adam dekabr aynın 10-dan başlayaraq altı ay içində Kral Akademiyasına nobel nitqini yollamalı və 839 min avro (təqrbən 870 min dollar) həcmindəki pul mükafatını almalıdır. Nobel nitqi fərqli formalarda ola bilər. Məsəlçün uzun nitq, qısa nitq, videoyayım yaxud mahnı vasitəsilə çatdırıla bilər.

Xatırladaq ki, 75 yaşlı amerikalı rock müğənni Dylanın Nobelə layiq görüldüyü elan edildikdən sonra, ondan uzun müddət cavab çıxmadı. Ancaq bir neçə həftə sonra Dylan İsveç Akademiyasını yolladığı məktubunda təltifetmə mərasiminə qatıla bilməməsinə görə üzr istəyirdi. O həmçinin məktubunda deyirdi ki, Ernest HemingwayAlbert Camus kimi yazıçıların aldığı mükafata layiq görüldüyü üçün xeyli təəccüblənib.

Buna da bax: Bob Dylanın Nobel nitqindən: 'Mahnılarımı ədəbiyyat hesab etmək olarmı?'

O məktubunun sonunda özünə bir sual ünvanlayırdı: "Tez-tez özümdən soruşuram ki, mahnılarımı ədəbiyyat hesab etmək olarmı? Mən İsveç akademiyasına bu sual üzərində düşünməyə vaxt tapıb və ona belə möhtəşəm cavab verdikləri üçün minnətdarlığımı bildirirəm"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG