Amerikalı müğənni və mahnı sözü yazarı Bob Dylan 2016-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldükdən sonra uzun müddət susqunluğunu qorumuş və ancaq onu Nobel mükafatına layiq görən İsveç Elmlər Akademiyası üzvlərinin hiddətli çıxışlarından sonra danışmağa başlamışdı. O açıqlamasında ədəbiyyat üzrə Nobel mükafatına alyiq görülməsiylə bağlı razılığını bildirsə də mükafatı almağa gəlməyəcəyi ilə bağlı qərarı medianı silkələmişdi.
Buna da bax: Bob Dylan təltifə gəlməyəcək, lakin Nobel mükafatı onundur
Bu dəfə Nobel komitəsinin twitterdə yaydığı xəbərdə isə deyilir ki, Bob Dylan dekabrın 10-nu baş tutacaq təltifetmə mərasimi üçün öz Nobel nitqini artıq komitəyə yollayıb.
Elə həmin gün Nobel komitəsinin yaydığı digər xəbərə görə təqdimetmə mərasimində müğənni və şairə Patt Smit də iştirak edəcək. O Bob Dylanın "A Hard Rain's A-Gonna Fall" mahnısını ifa edəcək.
Bununla belə komitə Bob Dylanın özünün mərasimdə iştirak edib etməyəcəyi ilə bağlı heç nə bildirmir.