Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:49

Bob Dylanın Nobel nitqindən: 'Mahnılarımı ədəbiyyat hesab etmək olarmı?'


Bob Dylan
Bob Dylan

Dekabrın 11-i İsveç Kral Akademiyasında Ədəbiyyat üzrə Nobel mükafatının təqdimat mərasimi keçirilib. Bu ilki Ədəbiyyat üzrə Nobelin sahibi Bob Dylan təqdimetmə mərasimində iştirak etmədiyi üçün onun yerinə mükafatı ABŞ-ın İsveçdəki səfiri Azita Raji alıb və Dylanın Nobel nitqini də o oxuyub.

"Tez-tez özümdən soruşuram ki, mahnılarımı ədəbiyyat hesab etmək olarmı? Mən İsveç akademiyasına bu sual üzərində düşünməyə vaxt tapıb və ona belə möhtəşəm cavab verdikləri üçün minnətdarlığımı bildirirəm. Əvvəllər belə bir mükafat alacağımın ehtimalı, mənimçün aya çıxmağım ehtimalı ilə bərabər idi" - deyə Dylan-nın nitqində deyilir.

Buna da bax: Mahnı sözləri yazaraq Nobel alan ilk şair Bob Dylan deyil Taqoruymuş

Xatırladaq ki, oktaybrın 13-ü ədəbiyyat üzrə Nobel mükafatının amerikalı şair və mahnı sözləri müəllifi Bob Dylana verildiyi haqda Nobel komissiyası açıqlama yaymışdı. O bütün tarix boyu Nobel mükafatı almış ilk musiqiçidir. Noyabr ayında Dylan İsveç akademiyasına yolladığı məktubunda mükafatın təltifetmə mərasiminə gələ bilməyəcəyini bildirmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG