Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:25

“Qazprom” İstanbulda şöbə açdı


Aleksei Miller

Rusiyanın “Qazprom” şirkəti İstanbulda “South Stream Transport B.V” adlı şöbə açdı.

Bu şöbə “Türk axını” qaz kəməri layihəsininin reallaşması ilə məşğul olacaq.

RİA Novostinin martın 29-da yaydığı məlumata görə,bunu “Qazprom”un sədri Aleksei Miller bəyan edib.

“Bu çox vacib qərardır. Beləliklə dənizdə yığma işlərinə başlamaq üçün bütün şərait yaradılıb”, deyə Miller bildirib.

O deyib ki, şirkət artıq 2017-ci ilin ikinci yarısından kəmərin dənizdən keçən hissəsində yığma işlərinə başlayacaq və 2019-cu ilin sonunadək iki xəttin tikintisini başa çatdırmağı planlaşdırır.

Xatırladaq ki, Moskva ilə Ankara 2016-cı il oktyabrın 10-da “Türk axını” layihəsi ilə bağlı razılaşma imzalayıblar.

Qara dənizin dibindən keçəcək bu kəmərlə Rusiya qazının Türkiyəyə, ordan isə Avropa Birliyi ölkələrinə ötürülməsi nəzərdə tutulur.

Kəmərin dənizdən keçən hissəsinin uzunluğu təxminən 920 km, qurudan keçən tranzit hissəsi isə 200 kilometrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG