Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:15

'ANS-in varidatı uğrunda mübarizə gedir'


'İlham Əliyev ANS-i heç vaxt güdaza verməz'
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

'İlham Əliyev ANS-i heç vaxt güdaza verməz'

ANS Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fond arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur: «2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkil alıb. ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma təzyiqlər intensivləşib. Bu təzyiqlər təkcə inzibati xarakter daşımır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir».

Açıqlamada qeyd edilir ki, şirkətin yerləşdiyi ünvanın qapısını hüquq-mühafizə orqanları möhürləyiblər. Möhürün nə vaxt götürüləcəyi bəlli deyil: «Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi - Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxiv başlı-başına qalıb».

Sənəd müəllifləri vurğulayırlar ki, xüsusi saxlanma rejiminə ehtiyacı olan arxiv 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdə qalıb: «Bu qiymətsiz xəzinə məhvə sürüklənir».

Bəyanatda həmçinin qeyd edilir ki, hətta xadimələri belə, qapalı zonaya çevrilmiş mərtəbəyə buraxmırlar: «Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağındaca sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik».

Bəyanatın sonunda da televiziya kanallarının ANS-ə məxsus materiallardan icazəsiz istifadə etdiklərini bildirilir. Bununla Azərbaycanın və beynəlxalq qanunların bütün gücündən istifadə edərək mübarizə aparılacağı vurğulanır.

XATIRLATMA

Ötən il iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə MTRŞ müraciət etmişdi və bu, iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırmışdı. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də, ANS-in yayımının dayandırılması istənilirdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd, ANS-in baş redaktoru Fethullah Gülen-in mətbuat konfransında əməkdaşlarının iştirakını «səhv» adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG