Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Həbsdəki keçmiş səhiyyə naziri Əli İnsanovun cinayət işi məhkəməyə göndərilib.

Bunu AzadlıqRadiosu-na keçmiş nazirin vəkillərindən Toğrul Babayev bildirib.

Vəkil cinayət işinin materialları ilə tanışlığın, artıq başa çatdığını bildirib.

Onun sözlərinə görə, işə Qaradağ rayon Məhkəməsi baxacaq.

Buna da bax:​ Əli İnsanovun həbs müddəti daha bir ay uzadıldı

Ancaq cinayət işi, hələlik, məhkəmə icraatına verilməyib. Məhkəmənin vaxtı yaxın günlərdə bilinəcək.

Xatırlatma

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə az bir vaxt qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.

Buna da bax: Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi

Söhbət Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələrindən gedir. İttihamlar təsdiqlənərsə onu daha 3 ildən 7 ilə qədər həbs gözləyir.

2016-cı il oktyabrın 11-də Qaradağ rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb. Ə.İnsanov ittihamları onun həbsdən buraxılmaması məqsədilə irəli sürülmüş “saxta ittihamlar” adlandırıb.

Buna da bax: Cəmil Həsənli Əli İnsanovu müdafiə etdi

Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanıyıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG