Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:06

Əli İnsanovun həbs müddəti daha bir ay uzadıldı


Əli Insanov
Əli Insanov

Bu gün Qaradağ Rayon Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanov haqqında həbs-qətimkan tədbirinin müddəti daha bir ay uzadılıb.

Qərar Qaradağ Rayon Prokurorluğunun vəsatəti əsasında çıxarılıb. AzadlıqRadiosu-na bu məlumatı Əli İnsanovun vəkili Toğrul Babayev çatdırıb.

Buna da bax:​ Əli İnsanov ev dustaqlığına buraxılmadı

Vəkil qərardan apellyasiya şikayəti veriləcəyini də vurğulayıb.

Əli İnsanov yenidən həbsinə dair məhkəmə qərarından da Avropa Məhkəməsinə şikayət edib. Vəkili deyir ki, Avropa Məhkəməsindən bu məsələ ilə bağlı onlara cavab gəlib:

"Əli İnsanov 11 il qanunsuz həbsdə saxlandıqdan sonra azadlığa buraxılmasına 9 gün qalmış – ötən il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi onun həbsdən çıxmasının qarşısını almaq məqsədilə qanunsuz və qərəzli həbs qərarı çıxarıb. Əli İnsanov qurama, yalan ittihamlarla yenidən həbs olunması haqqında Avropa Məhkəməsinə şikayət göndərib. Avropa Məhkəməsi şikayəti qəbul edib və fevralın 8-də bu barədə məktubla Əli İnsanova məlumat verib", - Toğrul Babayevin sözləridir.

Buna da bax: Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi

Xatırlatma

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Ardınca iqtisadi cinayətlərdə suçlanan keçmiş nazirə 11 il həbs cəzası kəsilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda ona yenidən cinayət işi açılıb. Keçmiş nazir bu dəfə həbsxana əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir. Əli İnsanov ittihamı qəbul etmir və yeni cinayət işinin də onu həbsdən buraxmamaq məqsədilə dövlət başçısının sifarişi ilə açıldığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG