Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:40

"Rus bukeri" mükafatı bu il maliyyə çətinliyi üzündən verilməyə bilər


"Rus bukeri" mükafatının loqosu.
"Rus bukeri" mükafatının loqosu.

Rusiyanın məşhur ədəbi mükafatı olan "Rus Bukeri" maliyyə çətinlikləri üzündən fəaliyyətini dayana bilər. Bu haqda "TASS" xəbər agentliyi məlumat yayıb.

Mükafatın təşkilat komitəsi bununla bağlı yaydığı bəyanatda deyilir ki: "Hər il olduğu kimi mart ayında "Rus Bukeri"i mükafatı üçün ənənəvi müsabiqənin şətlərinin elan edilməsi dövrü başlandı. Biz hələlik bunu etməmişik, çünki "Buker" yolayrıcında qalıb".

Buna da bax: Rusiyanın ədəbiyyat mükafatları

Təşkilat komitəsi düşülmüş ağır vəziyyəti rus bankarının biri ilə partnyorluq müqaviləsinin bitişiylə əlaqələndirir və hələlik mükafata sponsorluq edəcək heç bir partnyor tapılmayıb. Hal-hazırda mükafatın təşkilat komitəsi potensial partnyor axtarır və müsabiqəni geniş yoxsa qısa vairantda keçirəcəklərini müzakirə edir.

Xatırladaq ki, müasir Rusiya tarixində ən görkəmli ədəbiyyat mükafatı olan "Rus Bukeri" 1991-ci ildən bəri verilir. O rusca yazılmış ən yaxşı romana görə verilirdi. İndiyə qədər mükafaı Vladimir Makanin, Bulat Okudjava, Lüdmila Ulichkaya və s.lər alıblar.

Mükafatı sonuncu dəfə keçən il Pyotr Aleshkovski almışı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG