Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:22

Rusiyanın ədəbiyyat mükafatları


İllüstrasiya
İllüstrasiya

-

Ədəbiyyata xidmətə görə dövlət mükafatı

1992-ci ildən verilir. Rusiya prezidenti yanında Mədəniyyət və incəsənət şurası tərəfindən təqdim olunur.

Uşaq və gənclər üçün yaradılan əsərlərə görə dövlət mükafatı

1998-ci ildən verilir. Rusiya prezidenti yanında ədəbi və incəsənət sahəsində dövlət mükafatları komissiyası tərəfindən verilir.

E.F.Stepanski adına Krasnodar ədəbi mükafatı

Rusiya Federasiyası subyektlərinin verdiyi ədəbi mükafatlar arasında ən böyüyüdür. Krasnodar Kitabsevərlər Cəmiyyəti tərəfindən 1978-ci ildə yaradılıb. 2001-ci ildən Krasnodar Adminstrasiyasının mükafatı statusuna malikdir. Qubernator tərəfindən təqdim olunur.

Rusiyanın qeyri-dövlət ədəbi mükafatları

Rus Bukeri

Dünyada rus diində yazılan ən yaxşı romana verilən ədəbi mükafat. 1992-ci ildən təqdim edilir. Hər il Buker komitəsinin seçdiyi beş nəfərlik jüri heyəti tərəfindən qalib müəyyən edilir. Məbləği 20 000 ABŞ dollarıdır.

Yüksək ədəbi və incəsənət nailiyyətlərinə görə verilən “Triumf” mükafatı

1992-ci ildən 2004-cü ilədək verilib. Məbləği 50 000 ABŞ dolları olub.

Aleksandr Soljenitsın ədəbi mükafatı

1998-ci ildən verilir. Yaradıcısı Aleksandr Soljenitsın Fondudur.

“İlin kitabı” milli müsabiqəsinin mükafatı

1999-cu ildən hər il verilir. Yaradıcısı Çap və Kütləvi Kommunikasiya Federal Agentliyidir. On nominasiya üzrə: əsər, kitabın poliqrafik keyfiyyəti, kitab dizaynı və s.

“Debüt” ədəbi mükafatı

35 yaşa qədər rus dilində yazan yazıçılara verilən mükafat. 2000-ci ildən verilir. Yaradıcısı Anrey Skoç Humanitar Fondudur. Hər il açıq səsvermə ilə, beş-yeddi ədəbi janr üzrə təqim olunur.

Boris Pasternak adına mükafat

2000-ci ildə Andrey Voznesenski və “Rosbank” tərəfindən yaradılıb. Hazırda sponsoru Qorbaçov Fondudur.

Moskvanın gənc şairləri poeziya müsabiqəsinin mükafatı

Yaradıcısı Moskva Humanitar Universiteti, Bunin mükafatı, Moskva şəhər Təhsil şöbəsidir. 22 oktyabrda İvan Buninin ad günündə beş şairə verilir.

Milli bestseller

Ən yaxşı romana görə hər il verilən Ümumrusiya mükafatı. 2001-ci ildən verilir. Təsisçisi Milli bestseller Fondudur. 10 000 ABŞ dolları pul mükafatı olan bu mükafatı alanların əsərləri 50 min tirajdan az olmayaraq çap edilir. Qısa siyahıya düşənlərə min dollar mükafat verilir.

Yasnaya Polyana

2003-cü ildən verilir. Təsisçisi “Yasnaya Polyana” muzey-mülkü və “Samsung Electronics” şirkətidir. “Müasir klassika”, “21-ci əsr” və sair nominasiyalar üzrə verilir.

Böyük kitab mükafatı

Rus dilində yazılan, həmçinin başqa dillərdə yazılaraq rus dilinə tərcümə edilən əsərlərə verilən bu mükafat 2005-ci ildən verilir.

Rusiya milli “Şair” mükafatı

2005-ci ildən verilir. Təsisçisi Rus Poeziyasının Təbliği Cəmiyyətidir.

İvan Belkin ədəbi mükafatı

Ən yaxşı povestə verilir. 2001-ci ildə təsis edilib. Təsisçisi Yeltsin adına Prezident mərkəzidir.

“Russkaya premiya” Beynəlxalq Ədəbi mükafatı

2005-ci ildən verilir. Təsisçisi Avrasiya Tədqiqatları İnstitutu İnkişaf fondudur. Qalibə 5 min ABŞ dolları mükafat verilir.

Aleksandr Nevski adına Ümumrusiya ədəbi mükafatı

2005-ci ildən rus ədəbiyyatının intibahı, yazıçılığın prestijinin qaldırılması kimi xidmətərə görə tarixi ədəbi əsərlərə verilir. Mükafatın yaradıcısı Rusiya Yazıçılar Birliyi, sponsoru “Talion” şirkətidir.

Rusiyanın Böyük ədəbi mükafatı

2000-ci ildən verilir. Təsisçiləri Rusiya Yazıçılar Birliyi və “Alros” səhmdar cəmiyyətidir. İldə üç nəfərə təqdim olunur. Bu mükafat çərçivəsində ayrıca “Rusiyanın xeyrinə” mükafatı da verilir. Ümumi mükafat büdcəsi 30 min ABŞ dollarıdır.

A.N.Tolstoy adına Ümumrusiya mükafatı

2001-ci ildn eitbarən hər iki ildə bir dəfə proza, publisistika nümunələrinə verilir. Təsisçisi Rusiya Yazıçılar Birliyi, Sızran şəhər rəhbərliyi və V.Şukşin adına beynəlxalq ədəbi mərkəzdir.

Ümumrusiya A.T.Tvardovski adına Vasiliy Tyorkin mükafatı

1995-ci ildən verilən bu ükafatın təsisçisi Rusiya Yazıçılar Birliyi və Müdafiə Nazirlilyidir. Mükafat hər il Tvardovskinin ad günündə 21 iyunda, müharibə haqa əsərlərə verilir.

Rusiya jurnal və qəzetlərinin mükafatları

“Anthologia” poeziya mükafatı. Təsisçisi “Novıy Mir” jurnalıdır.

“Antibuker” ədəbi mükafatı. 1995-ci ildən 2001-ci ilə qədər verilmiş bu mükafatın təsisçisi “Nezavisimaya gazeta” olub. Simvolik məbləği 1 ABŞ dolları idi.

Qızıl Delviq. 2012-ci ildən verilir. Təsisçisi “Literaturnaya gazeta”nın ilk baş redaktoru Anton Delviqdir.

Yuri Kazakov adına mükafat. 2000-ci ildən verilir. Təsisçisi “Novıy Mir” jurnalıdır.

İmxonet mükafatı. 2010-cu ildə Rusiya “İmxonet” xidməti tərəfindən yaradılıb. Yazıçılara və jurnalistlətə verilir.

Kniqodum mükafatı. 2011-ci ildə Kniqodum Kitab şəbəkəsi tərəfindən təsis edilib. İldə bir yazıçıya verilir. Münsiflər Lomonosov adına MDU-nun müəllim, məzun və tələbələri arasından seçilir.

“İlin şairi”, “İlin yazıçısı”. Rusiya ədəbi klubu və “Avtorskaya kniga” nəşriyyatı tərəfindən təsis edilib.

XS
SM
MD
LG