Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:39

Azərbaycanlı şair Rusiyada nüfuzlu mükafat qazandı


Nicat Məmmədov
Nicat Məmmədov
-

Gənc yazar Nicat Məmmədov Rusiyanın nüfuzlu ədəbi mükafatlarından olan “Russkaya Premiya”nın laureatı oldu:

«Место встречи повсюду» şeir toplusu ilə.

Müsabiqə təşkilatçıları 3 nominasiya üzrə qısa siyahıları açıqlayıblar.

“Rossiyskaya qazeta” xəbər verir ki, qısa siyahıların hər birində 3 yazar yer alıb, bu isə onların artıq mükafatı qazandığını göstərir.

Sadəcə, kimin neçənci yeri tutması aprelin 22-də keçiriləcək təntənəli mərasimdə bilinəcək.

Nicat Məmmədovla eyni nominasiyada digər laureatlar Fərqanədən Şəmşad Abdullayev və Simferopoldan Andrey Polyakovdur.

Qısa siyahının elan edildiyi mətbuat konfransında müsabiqənin münsiflər heyətinin sədri, “Znamya” jurnalının baş redaktoru Sergey Çuprinin deyib ki, “Şəmşad Abdullayev kimi klassiklərlə yanaşı yeni adları görməsinə” xüsusi olaraq sevinir:

“Mənim üçün, aktual mövzularda yazan gənc şair Nicat Məmmədov bir tapıntı oldu. O, sözün birbaşa mənasında şeir yox, kompozisiyalar yaradır”.

Müsabiqəyə bu il yazıçı Natiq Rəsulzadə də qatılıb, amma qısa siyahıya düşə bilməyib.

“Russkaya premiya” Rusiyadan kənarda yaşayan və rusca yazan yazarlara verilir.

9 ildir ki keçirilən müsabiqəni Boris Yeltsinin Prezident Fondu təşkil edir.

Məqsəd Rusiya sərhədlərindən kənarda rus dilini qorumaq və inkişaf etdirməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG