Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 11:54

Xaçmazda müsavatçı gəncə 10 sutka verildi


Müsavat partiyası 28 may - Respublika gününü qeyd edir (arxiv fotosu).

Bu gün, martın 27-də Xaçmaz rayon Məhkəməsi Müsavat Partiyası fəalı Bəxtiyar Əmrahova 10 sutka inzibati həbs cəzası verib. Qərarı hakim Anar İbrahimov çıxarıb.

Bu haqda onun atası, partiyanın son parlament seçkilərində deputatlığa namizədi olmuş Söhrab Əmrahov bilgi verib.

Buna da bax:​ Müsavatçı buraxılmadı

Onun bildirdiyinə görə, məhkəmə qərarını kredit məsələsi ilə əsaslandırıb.

“Banka olan kredit borcunu bəhanə edirlər. Bankdan, hələ devalvasiyalardan əvvəl 4 min dollardan artıq, borc almışdıq. Ödənişlər vaxtlı-vaxtında edilib və cəmi 900 dollar borc qalıb. Həmin vəsaitin bir dəfəyə ödənilməsi tələb edilirdi. Amma bizim belə bir imkanımız yox idi. İndi deyirlər ki, borcunuz 2000 dollardan artıqdır. Heç bir xəbərdarlıq edilmədən, qəfildən oğluma 10 sutka həbs cəzası verildi. Bəxtiyarın səhhətində də ciddi problemlər var, müalicə olunmalıdır. Amma məhkəmə buna da məhəl qoymadı”.

Buna da bax:​ Bir həftədə 19 fəal həbs edilib

Söhrab Əmrahov hesab edir ki, məhkəmə qərarının əsas səbəbi onların müxalifətçi olmalarıdır.

Söhrab Əmrahovun açıqlamasına, hələlik, Xaçmaz rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG