Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 01:50

Müsavatçı buraxılmadı


Müsavatın loqosu.

Müsavat Partiyasının Şəki şəhər təşkilatının həbsdə olan fəalı Yusif Qarayev azadlığa buraxılmayıb.

Qərarı Şəki Apellyasiya Məhkəməsi martın 2-də çıxarıb.

Bu haqda müsavatçının vəkili Nemət Kərimli məlumat verib.

Vəkilin təqdim etdiyi apellyasiya şikayətində Y.Qarayevin əsassız, sırf siyasi fəaliyyətinə görə, həbs edildiyi bildirilir, rayon məhkəməsinin qərarının ləğv edilməsi istənilirdi.

Buna da bax:​ Bir həftədə 19 fəal həbs edilib

Ancaq məhkəmə müdafiə tərəfinin arqumentlərini qəbul etməyib. Şəki rayon Məhkəməsinin müsavatçını inzibati həbsə məhkum edən qərarı qüvvədə saxlanıb.

Xatırlatma

Müsavat Partiyası Şəki şəhər təşkilatının Nəzarət Təftiş Komissiyasının üzvü Yusif Qarayev fevralın 24-də saxlanmışdı.

Şəki rayon Məhkəməsi polisə tabe olmamaqda günahlandırılan müsavatçını inzibati qaydada 25 sutka müddətinə həbs etmişdi.

Buna da bax: Mingəçevir polisi müsavatçının yoxluğundan narahat imiş

Müsavat Partiyasının həbs olayı ilə bağlı açıqlamasında isə qeyd edilirdi ki, Y.Qarayevi polis əməkdaşları evindən aparıblar. Onun həbsinin əsil səbəbi fevralın 19-da mənzilində Müsavatın zona müşavirəsinin keçirilməsinə şərait yaratması olub.

Ötən ay Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyasının Şəki təşkilatları qərargahdan çıxarılıblar. Bu qərargahi icarəyə verən şəxsin polisə şikayəti ilə izah edilib.Hər iki müxalif partiyanın yerli təşkilatı eyni binada qərargah tutmuşdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG