Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:24

Mingəçevir polisi müsavatçının yoxluğundan narahat imiş


Mingəçevir polis etirazçıları saxlayır

Polisə çağrılan Müsavat Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna o özü məlumat verib.

Nurəddin Rüstəmli deyib ki, fevralın 24-də o, səbəbi göstərilmədən Mingeçevir polis idarəsinə dəvət edilib:

“Mən də getdim. Rəislə görüşdük. Niyə çağrıldığımı soruşdum, dedi ki, sadəcə, bir müddətdir görünmürəm, bundan narahat olublar”.

Nurəddin Rüstəmli 10 günə yaxındır evdə xəstə yatdığını deyir. Onun sözlərinə görə, polis idarəsində hər hansı təhdid, ya xəbərdarlıqla üzləşməyib:

“Mehriban qarşılandım, mehribancasına da söhbət elədik, sonra da çıxıb gəldim”.

Nurəddin Rüstəmlinin polis idarəsinə çağrılmasından sonra telefonuna zəng çatmaması ailəsində və partiyadaşlarında onun saxlandığı təəssüratını yaradıb, o deyir.

Fevralın 24-də Müsavat Partiyası Şəki şəhər təşkilatının fəalı Yusif Qarayev “polisə müqavimət” ittihamı üzrə 25 sutka müddətinə azadlıqdan məhrum edilib. Müsavat Partiyası bunu Yusif Qarayevin siyasi fəallığı ilə izah edir.

Müsavat Partiyasının başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər və Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə fevralın 27-də ifadə vermək üçün Baş Prokurorluğa çağrılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG