Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 21:05

Belarusun müxalifət lideri azadlığa buraxılıb


Mikalay Statkevich

Belarusun üç gündür itkin düşmüş müxalifət lideri Mikalay Statkevich artıq evindədir. Onun həyat yoldaşı Maryna Adamovich martın 27-də AzadlıqRadiosuna deyib ki, əri üç gün ölkənin təhlükəsizlik xidməti olan KGB-nin təcridxanasında keçirib.

Statkevich prezidentliyə keçmiş namizəddir, beş il həbsdə yatıb. O, martın 25-də səhər tezdən yoxa çıxmışdı. Bir neçə saat sonra Azadlıq Günü münasibətilə illik yürüş keçiriləcəkdi. Polis həmin yürüşü zorakılıqla dağıdıb.

Statkevich və digər müxalifət lideri Uladzimer Nyaklyaeu həmin yürüşə rəhbərlik edəcəklərini demişdilər.

Nyaklyaeu isə martın 24-də ölkənin qərbindəki Brest şəhərində, Polşadan Minskə qayıdarkən saxlanıb. Daha sonra xəstəxanaya yerləşdirilib və yürüşə qatıla bilməyib.

Martın 25-də keçirilmiş yürüşdə onlarla adam saxlanıb. Aksiyaçılar yürüşdə «tüfeylilərə qarşı» vergi qanununa etirazlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG