Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:51

Müdafiə nazirinin cəbhə bölgəsinə səfəri davam edir


Zakir Həsənov

Müdafiə Nazirliyinin rəhbərliyinin Ermənistan silahlı bölmələri ilə təmas xəttində yerləşən hərbi hissələrə səfəri davam edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün, martın 24-ü məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər zamanı ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanıb.

«Səngərlərdə növbə çəkən şəxsi heyəti Novruz bayram münasibətilə təbrik edən nazir hərbi qulluqçuların vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etmələrinin müqəddəs borc olduğunu xatırladıb»,-deyə məlumatda qeyd edilir.

Z.Həsənov martın 23-də ön cəbhəyə səfər edib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf xeyli itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG