Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 16:03

Martın 22-də Lüksemburq məhkəməsi Tehranın 1.6 milyard dollarlıq vəsaitin qaytarılması tələbini rədd edib. Bu vəsaiti Birləşmiş Ştatlar 2001-ci il 11 Sentyabr terror qurbanlarına kompensasiya kimi istəyir.

Məhkəmə qərar çıxarıb ki, indilik, məbləğ Lüksemburqda dondurulmuş qalsın, işlə bağlı digər qərar çıxarılanadək belə olsun.

2012-ci ildə Nyu-York məhkəməsi İranın 2001-ci il hücumu qurbanlarının ailələrinə 7 milyard dollar ödəməsi barədə qərar çıxarıb. Hakim bildirib ki, Tehran «əl-Qaidə» təşkilatına kömək edib, qrup üzvlərinin ölkə ərazisindən keçməsinə icazə verib.

İran ittihamı rədd edir, pulu ödəmək istəmir. Onun vəkilləri Lüksemburqdakı «Clearstream» maliyyə şirkətindəki dondurulmuş 1.6 milyard dollara çıxış əldə etməyə çalışıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG