Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:09

Yol polisindən bəzi taksi sürücülərinə xəbərdarlıq


Bakıda London taksiləri.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət ünvanlayıb.

BDYPİ bildirir ki, taksi fəaliyyəti ilə məşğul olanlar qaydalara əməl etmədikdə cəzalandırılacaqlar.

Müraciətdə son illərdə ölkədə beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması istiqamətində xeyli işlərin görülməsindən bəhs olunur.

Buna da bax:​ Sürücünü ağladan yol polisi işdən çıxarılıb

BDYPİ təəssüflə qeyd edir ki, nəqliyyat sahəsində çalışan ayrı-ayrı şəxslərin pərakəndə şəkildə taksi fəaliyyəti göstərməsi, nasaz avtomobillərlə sərnişin daşımaları görülən irimiqyaslı işlərin üzərinə kölgə salır. Xarici vətəndaşlarda Azərbaycan haqqında xoşagəlməz təəssürat yaradır.

Müraciətdə bildirilir ki, daşımalar texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksilərin tanınma nişanları, salonda taksometr, habelə sürücünün soyadı, adı, fotoşəkli, ünvanı və telefon nömrəsi göstərilən məlumat lövhəsi olmalıdır.

Buna da bax: Yol polisinin saxladığı sürücünün öldüyü deyilir

Müraciətdə hesab edilir ki, taksi sürücüləri avtomobillərini harada gəldi deyil, yalnız 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidir.

BDYPİ taksi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırır ki, qeyd olunan tələblərə cavab verməyən cavabdeh şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Buna da bax:​ Bakıda taksi rəqabəti qızışır - qiymətlər və xidmətlər ətraflı jurnalist araşdırmasında

Ekspertlər isə deyillər ki, son illər neftin ucuzlaşmasından sonra işsiz qalan bir çox insanlar fərdi qaydada taksi fəaliyyətinə keçiblər. Belə tələblərin qoyulması bir çox insanları daha çıxılmaz duruma sala bilər.

Buna da bax:

Taksi sürücüləri deputatlara səslənir
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG