Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:59

Sürücünü ağladan yol polisi işdən çıxarılıb


Sürücünü ağladan yol polisi.

Sürücü ilə aşağılayıcı məzmunda rəftar edən yol polisi əməkdaşları daxili işlər orqanlarından xaric ediliblər.

Bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O, Report-a açıqlamasında sosial şəbəkələrdə yayılması ilə geniş ictimai müzakirələrə səbəb olmuş video görüntülərin araşdırıldığını, gərəkli addımların atıldığını bildirib.

Buna da bax:​ Yol polisi maşınını çəkiclə əzənə 9 il həbs cəzası verildi

Onun sözlərinə görə, Yol Patrul Xidmətinin inspektorları yük avtomobilinin sürücüsünə yönəlik qeyri-etik hərəkətlərə yol veriblər. Xidməti araşdırma zamanı bəlli olub ki, vətəndaşla qeyri-etik rəftar edənlər polis baş serjantları Elvin MövlamovFiruddin İdrisov olublar.

“Video görüntü ötən ilin noyabr ayında lentə alınıb. Həmin hadisədən bir ay sonra Firuddin İdrisov yol verdiyi digər nöqsanlara görə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Elvin Mövlamovun şəxsi mobil telefonu ilə qeydə aldığı video görüntülərdəki faktlar isə təsdiqini tapıb. Buna görə o, yanvarın 24-də daxili işlər orqanlarında xidmətdən xaric edilib”, şöbə rəisi bildirib.

Buna da bax:​ Sumqayıtda 3 milyon manat 'həbsxana'ya düşüb

Xatırlatma

Bu günlər sosial şəbəkələrdə yol polisi əməkdaşlarının sürücünü saxlaması, onunla qeyri-etik rəftar etməsinin əks olunduğu video görüntü yayılmışdı.

Həmin görüntülərdə yol polisi əməkdaşları sürücünü yüksək məbləğdə cərimələməklə hədələyir, sürücü isə onlara yalvarır, ağlayırdı. Sosial şəbəkələrdə bildirilirdi ki, görüntünü polis əməkdaşları özləri lentə alıblar.

Buna da bax:​ Şirvan sakini: 'Yol polisi dedi, səni sutkaya atdıracam, səni mələdəcəm'

Həmin görüntüləri yol polisi əməkdaşının sürücünün nişanlısına göndərildikdən sonra sosial şəbəkələrdə ictimailəşdirildiyi bildirilirdi.

Multimedia

XS
SM
MD
LG