Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Leipzig kitab yarmarkasının açılışı türk yazıçının çıxışı ilə yadda qalıb


Leipzig kitab yarmarkası.
Leipzig kitab yarmarkası.

Artıq bir neçə gündür Almaniyanın Leipzig şəhərində fəaliyyətə başlamış Leipzig beynəlxalq kitab yarmarkasında 43 ölkədən 2500 nəşriyyat iştirak edir. Bu haqda yarmarkanın saytında xəbər verilir.

Bu il 22-ci dəfə keçirilən yarmarkanın ilk günündə, hər dəfə olduğu kimi "Leipzig kitab yarmarkası" mükafatı verilib. 45 min avro həcmində olan mükafat Almaniyanın ən nüfuzlu mükafatlarından sayılır. Bu il mükafatı bədii ədəbiyyat nominasiyasında yazıçı Natascha Wodin "Mariupoldan gələn qadın" romanına görə qazanıb​ qazanıb. Həmçinin araşdırma nominasiyasında mükafatı mükafatı Barbara Stollberg-Rilinger və "tərcümə" nominasiyasında Eva Lüdi Kong qazanıblar.

Buna da bax: İstanbul Kitab Sərgisində həbs olunmuş yazıçılara dəstək mitinqi keçirilib

Bu dəfə yarmarkanın mövzusu Almaniyada, aktual mövzu olan qaçış və miqrasiya olub.

Yazıçı Aslı Erdoğan.
Yazıçı Aslı Erdoğan.

Bu il Leipzig kitab sərgisinin builki rəsmi qonağı Litva olsa da, sərgi daha çox Türkiyənin adı ilə anılıb. Belə ki, kitab sərgisinin açılışında həbsdən az öncə çıxmış türk yazıçısı Aslı Erdoğanın video müraciəti və həbsdə olan türk jurnalist Deniz Yücel üçün kitab oxusu ilə yadda qalıb.

Kitab yarmarkasının açılışında danışan Alman Naşirlər Birliyinin rəhbəri Alexander Skipis Türkiyədə söz azadlığının vəziyyəti ilə bağlı narahatçılığını bildirib. Skipis deyib ki "Erdogan kimi bir diktatorun liderlik etdiyi Türkiyə totalitar bir hüquqzsuzluq dövləti yolunda addımlayır. Belə bir dövrdə susmaq ya da diplomatik ehtiyatlanma qəbul edilə bilməz".

Bunun ardınca İstanbuldan yazıçı Aslı Erdoğan internet vasitəsilə açılışa qatılıb. Ölkədən çıxışına qadağa qoyulmuş yazıçı, bu səbəbdən Leipzig kitab yarmarkasının açılışına şəxsən gələ bilməyib. Aslı Erdoğan Türkiyədə 15 iyul dövlət çevrilişindən sonra həbs olunmuşdu və bir neçə ay həbsdən sonra bu mövzuda yazdığı silsilə məqalələrindən yarmarka iştirakçılarına bəhs edib. Yazıçı deyib ki: "Mən yazıçıyam və yazmaqdan başqa heç bir şey etməmişəm". O həmçinin Türkiyədə Konstitusiyaya dəyişikliklə bağlı 16 aprel referendumu haqda danışarkən: "Referendumdan prezident Recep Tayyip Erdoganın gözlədiyi nəticə çıxacağını" düşündüyünü deyib.

Buna da bax: Frankfurt kitab sərgisində Azərbaycan stendi - yenə Elçin, Anar...

Leipzig kitab yarmarkası.
Leipzig kitab yarmarkası.

Xatırladaq ki, yazıçı Aslı Erdoğan hökümət tərəfindən bağlanılmış "Özgür Gündem" qəzetinin işçilərindən biri olduğu üçün "qeyri-qanuni quruplaşma üzvü olmaq" və "dövlətin birliyini və ölkənin bütünlüyünü pozmaq" ittihamı ilə 2016-cı ilin 19 avqustunda həbs olunmuş və altı aya yaxın həbsdə qaldıqdan sonra dekabrın 29-da həbsdən buraxılmışdı.

Martın 23-də başlayaıb 26-na qədər davam edən kitab yarmarkasını 260 min nəfərin ziyarət edəcəyi gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG