Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:07

Frankfurt kitab sərgisində Azərbaycan stendi - yenə Elçin, Anar...


Frankfurt kitab sərgisində
Frankfurt kitab sərgisində

-

Vüqar Dəmirbəyli

FRANKFURT KİTAB SƏRGİSİNDƏ AZƏRBAYCAN NECƏ TƏMSİL OLUNMUŞDU?

Frankfurt kitab sərgisində Azərbaycan stendi, 2016-cı il.
Frankfurt kitab sərgisində Azərbaycan stendi, 2016-cı il.

Azərbaycan dünyanın ən böyük Kitab sərgisi sayılan Frankfurt Kitab sərgisində 2009-cu ildən iştirak edir. Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstan bu sərgiyə hələ 1990-cı illərin əvvəlindən qatılıb. Azərbaycan isə MDB dövlətlərindən bu sərgiyə Tacikistan və Tükmənistan ilə bir yerdə, son qatılanlardandır. MDB ölkələri əvvəlki illərdə bu sərgiyə öz nazirliklərinin nümayəndələrini göndərsələr də, sonradan onların hamısı bu təcrübədən imtina etdilər və dünya təcrübəsinə uyğun hərəkət etməyə başladılar: bu təcrübəyə görə Frankfurt Kitab sərgisində hər bir ölkənin ayrıca nəşriyyatları iştirak edir, yaxud da eyni ölkənin nəşriyyatları sərgidə öz birgə stendlərini qururlar.

Buna da bax: Mədəniyyət Nazirliyi Frankfurt kitab sərgisinə yenə də əliboşmu gedir? [sorğu]

Azərbaycan bu dəfə də Frankfurt Kitab sərgisndə yeganə ölkə idi ki, onun burada nəşriyyatları yox, Mədəniyyət və Turizm Nazirliyi təmsil olunmuşdu. Aydın məsələdir ki, bundan yana Azərbaycan ədəbiyyatının bu sərgidə təmsil olunmasından söhbət gedə bilməz. Cəlil Məmmədquluzadənin, Anarın, Elçinin ingilis dilində kitabları bu il də nazirliyin stendini bəzəyən az sayda ədəbiyyat nümunələri idi.

Almaniyada yaradılmış "Dağyeli" nəşriyyatından Anarla, Elçinin almanca çıxan kitabları, Frankfurt kitab sərgisində, 2016.
Almaniyada yaradılmış "Dağyeli" nəşriyyatından Anarla, Elçinin almanca çıxan kitabları, Frankfurt kitab sərgisində, 2016.

İndiyə kimi alman dilində Azərbaycan müəlliflərindən kimlər çap olunub? Türkiyəli mühacir Yıldırım Dağyelinin 1990-cı illərdə yaratmış olduğu “Dağyeli” nəşriyyatı əvvəlcə Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, sonra da Elçinin “Ağ dəvə” romanlarını çapdan buraxıb. İndiyə kimi də hər il bu kitabları Frankfurtda öz stendində nümayiş etdirir. Alman oxucusunun marağını qazana bilməyən bu əsərlər 20 ildən artıqdır ki, nəşriyyatda bir yük kimi qalıblar, amma nəyə görəsə makulaturaya da verilmirlər.

Bəs Almaniyada çap olunan başqa azərbaycanlı müəlliflər də varmı? Heç bir dövlət dəstəyi olmadan almandilli məkanda çap oluan və az-çox tanınan üç müəllifdən danışmaq olar. Bunlardan biri 1995-ci ildən Berlində yaşayan azərbaycanlı şairə Nuridə Atəşidir. Nuridə Atəşinin alman nəşriyyatlarında indiyə kimi bir neçə şer kitabı çap olunub, o “Əsəd bəyin iztirabları” adlı alman sənədli filminin ssenarisini yazıb.

Son illərdə İsveçrəyə mühacirət etmiş gənc azərbaycanlı yazıçı Əli Əkbərin (Ələkbər Əliyevin) bu ölkənin KaMeRu nəşriyyatında alman dilində “Kəsişmə” (Kreuzung) romanı çapdan çıxmışdır.

Buna da bax: Əli Əkbər İsveçrədə yeni romanını təqdim etdi

Almaniyada yaşayan Azərbaycanlı yazar Vüqar Dəmirbəyli "Grössen Wahn" nəşriyyatının stendində.
Almaniyada yaşayan Azərbaycanlı yazar Vüqar Dəmirbəyli "Grössen Wahn" nəşriyyatının stendində.

Və nəhayət 1998-ci ildən Almaniyada yaşayan Vüqar Dəmirbəylinin (Aslanovun) “Pambıq plantasiyaları” adlı hekayələr kitabı və “Divizion” romanı Belinin “Wostok“ nəşriyyatında işıq üzü görmüşdür. Bu ilki Frankfurt sərgisində isə Grössen Wahn nəşriyyatı Vüqar Dəmirbəylinin (Aslanovun) Azərbaycan xalq nağıllarınln motivləri əsasında yazmış olduğu “Məlikməmmədin başına gəlmiş inaınlmaz əhvalat” (Die unglıaubliche Geschichte mit Malik Mammad) hekayələr kitabını təqdim etmişdir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG