Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:19

-

Yazıçı Əli Əkbər İsveçrədə almanca çap edilən “Die Kreuzung” (Kəsişmə) romanını Sürix şəhərində təqdim etdi.

Oktyabrın 25-də “Rost und Gold” sərgi salonunda keçirilən təqdimat mərasimində çıxış edən “KaMeRu” nəşriyyatının direktoru xanım Katarina Graf Mullis, qonaqlara roman haqqında qısa məlumat verdi.

Daha sonra romandan parçalar oxundu.

İsveçrəli dinləyicilərdə Azərbaycan dili haqqında təsəvvürün yaranması üçün, əvvəlcə müəllifin öz dilindən bir passaj, ardından isə isveçrəli aktyor M. Stakkanellanın ifasında, romanın müxtəlif hissələrindən fraqmentlər oxundu.

Əsər İsveçrədə sığınacaq almış qaçqınların qaçqın düşərgəsindəki sərt qaydalar altında yaşayışının təsviri ilə başlayır.

​İsveçrədə yaşayan müəllif təkcə Azərbaycandakı hakimiyyətin təbliğat işindən, internetdəki intiriqa və yalan bataqlığında batmış cəmiyyətdən deyil, həm də qürbətdəki mühacirin ilk günlərindən yazır.

Romanın qəhrəmanı öz ölkəsində məşhur ssenarist olan Əmir Azərbaycandakı rejimə qarşı çıxır, hakimiyyət tərəfindən bir neçə təzyiqlərə məruz qaldıqdan sorna İsveçrə səfirliyinin köməyilə ailəsi ilə birlikdə ölkədən çıxıb xilas ola bilir.

O anlayır ki, qaçqın şəhərciyində qoyulan qaydalar hamısına əməl etmək mütləqdir. Bununla belə o yazmağa davam edə bilmədiyi üçün məyusluq keçirir, çünki yazmaq onun üçün nəfəs almaq kimi bir şeydir. Azərbaycan höküməti ona vacib bir mədəni layihə üzərində işləmək təklif edəndə, o axır ki, razılaşır və mühüm qərar qəbul edir...

“Kəsişmə” – daha çox siyasi və avtobioqrafik tərzdə yazılmış bir romandır.

Fotolar Abbas Atilayındır

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG