Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:31

"Kubinka" yavaş- yavaş sökülür

"Kubinka" - Hamının bildiyi, tanıdığı, əvvəllər isə qorxa-qorxa girdiyi məhəllələr olub bura. İndi isə sakinlərin dediyi kimi əsl Kubinkadan əsər-əlamət qalmayıb. Bəzi Azərbaycan filmləri bu məhəllənin küçələrində çəkilib. "Şəriki çörək" filmində adı keçən “Quba meydanı” Kubinkada lentə alınmıb. Vaqifin Ismayıl baba ilə bazara gəlməsi, Genanın orada toyuq satması, həmçinin Vaqifin su satan uşaqla davası məhz "Kubinka"da çəkilib.

Məhəllənin yaşlı sakinləri deyir ki, "Kubinka" Sovet dövründə bəzi xüsusiyyıtləri ilə seçilib. Şəhərdə təndir çörəyi əsasən bu məhəllədə bişirilimiş. Başqa yerdə çörək tapmayanda Kubinkada taparlarmış.

"Sovetski" sökülən zaman burada yaşayanların ümidləri bir az artıb ki, buranı da söküb insanları köçürəcəklər. Ancaq bir az sonra səs-səmir çıxmır ev söküntüsündən. Məhəllədə hər evdə işıq, qaz, su təminatı var. Sadəcə evlərin kiçik olması sakinləri narahat edir.

Davamı

Bölmələr

XS
SM
MD
LG