Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:03

Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin fevral ayında Bakıda tikinti materialları orta hesabla 4,2 faiz bahalanıb. Halbuki, yanvarda artımın cüzi - 0,7 faiz olduğu qeyd edilirdi.

Artım əsasən 8 mm-lik armaturun (17,3 faiz) və 25 mm-lik plastik boruların (13,6 faiz) bahalanması izah edilir.

Buna da bax:​ Tikinti materialları istehsalı azalıb

Digər mallarda da cüzi qiymət artımı var. Bəzi malların isə ucuzlaşdığı qeyd edilir.

«Optimal» və «Standart» sementi (-15,8 faiz), şam (-8 faiz), tavan alçıpanı (-20 faiz), arakəsmə alçıpanı (-17,6 faiz), 40 mm - 100Х3 plastik borular (-12 faizdən 21,7 faizə kimi) ucuzlaşıb.

Buna da bax:​ 'Ölkə imitasiya zolağından çıxa bilmir'

Tikinti materiallarında ötən ilin dekabrda 4,4, noyabrında 2,5, oktyabrında isə 5,5 faiz bahalanma qeydə alınmışdı.

Ekspertlərə görə, tikinti bazarında fevral və yanvarda durğunluq olur. Qış tətili və pis hava şəraiti bazara təsir edir. Yazda, adətən, bazar canlanır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG