Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:13

Bakıda Foruma gələn prezidentlərlə görüş


İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Marqvelaşvili

“Azərbaycanla Gürcüstan arasındakı strateji münasibətlər ən yüksək səviyyədədir”.

Martın 16-da prezident İlham Əliyevlə görüşən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili belə deyib.

O, münasibətlərin dərinləşdiyini ifadə edib. Bu barədə President.az saytı məlumat yayıb.

Dövlət başçısı İlham Əliyev də iki ölkə arasında yaxın qarşılıqlı fəaliyyətin mövcud olduğunu, münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O, deyib ki, bu əlaqələr bölgədə və beynəlxalq səviyyədə mühüm rol oynayır.

Buna da bax:​ Qlobal Bakı Forumu başlayıb

İlham Əliyev bu gün, martın 16-da Makedoniya prezidenti George İvanovu, Monteneqronun dövlət başçısı Filip Vuyanoviçi də qəbul edib.

Makedoniya prezidenti ilə ikitərəfli münasibətlərin inkişafı perspektivləri diqqət mərkəzində olub.

Georgi İvanov Azərbaycan-Makedoniya arasında siyasi münasibətlərin əla səviyyədə olduğunu qeyd edib.

İlham Əliyev martın 16-da Latviya prezidenti Raymond Veyonis, albaniyalı həmkarı Buyar Nişani ilə də görüşüb.

Buna da bax: Prezident nikbindir - 'Bu il iqtisadi artım olacaq'

Xatırlatma

Bu gün V Bakı Qlobal Forumu keçirilir.

«Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar» adlı forum təşkilatçıları Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Tədbirə 53 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. Onların arasında həm hazırda fəaliyyətdə olan prezidentlər, həm də eks-prezidentlər var.

Forum 7 panel üzrə keçirilir. Transatlantik münasibətlərin gələcəyi, terrorçuluqla mübarizə və digər məsələlər müzakirə edilir.

Tədbir martın 17-də başa çatacaq.

Buna da bax:​ Ekspert: 'Hökumət dolları 2 manat edib, azı, bir il belə saxlamalıdır'

Qlobal Forumun əsasını 2013-cü ildə Rusiya baş naziri Dmitry Medvedev-lə Azərbaycan prezidenti İlham Əliyev qoyub. 2013-2016-cı illər ərzində 4 forum keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG