Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:22

V Bakı Qlobal Forumu öz işinə başlayıb.

«Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar» adlı forum Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Tədbirə 53 ölkədən 300-ə yaxın nümayəndə qatılacağı deyilir. Onların arasında həm hazırda fəaliyyətdə olan prezidentlərin, həm də eks-prezidentlərin olması gözlənilir.

Forum 7 panel üzrə keçiriləcək və transatlantik münasibətlərin gələcəyi, terrorçuluqla mübarizə, Avropanın gələcəyi və digər məsələlər müzakirə ediləcək.

Tədbir martın 17-də başa çatacaq.

Qlobal Forumun əsası 2013-cü ildə Rusiya baş naziri Dmitry Medvedev-lə İlham Əliyev tərəfindən qoyulub. 2013-2016-cı illər ərzində 4 forum keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG