Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyanın martın 16-da Nyu-Yorka səfəri başlayır.
Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti məlumat yayıb.
Mənbənin Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, o səfər zamanı Ermənstanın BMT-yə üzv olmasının 25 illiyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak edəcək.
Səfər zamanı onun həmçinin BMT-nin baş katibi Antoniu Guterres-lə görüşü nəzərdə tutulur.