Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 07:20

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün, martın 10-da Azərbaycanın Cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran və Astara rayonlarında olub.

Səfirliyin bilgisinə görə, Lənkəran səfəri zamanı Robert Sekuta xanımı ilə birgə sahibkar Araz Yaqubovun çay sahəsində olub. Sahibkarla Lənkəranda iqtisadi inkişafın bu sahəsi ilə bağlı müzakirələr aparılıb.

Səfir Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, insanlara daha yaxşı həyatın qurulmasına dair ABŞ-ın dəstəyini qeyd edib.

Buna da bax:​ Sekuta Xocalı köçkününün qonağı olub

Astara səfəri zamanı səfir rayonun icra hakimiyyətində olub. İcra başçısı Qəzənfər Ağayevlə görüşdə Astaranın sosial-iqtisadi inkişaf istiqamətlərindən danışılıb.

Robert Sekuta daha sonra Astaradakı Gömrük Xidmətinə baş çəkib.

Robert Sekuta Astara gömrük xidmətində.

Robert Sekuta Astara gömrük xidmətində.

Səfir gömrükçülərlə görüşündə ABŞ-Azərbaycan arasında ikitərəfli münasibətlərin 25 ilinin tamam olduğunu bildirib.

O, qeyd edib ki, bu dövrdə Azərbaycana 1,3 milyard dollardan artıq sərmayə yatırılıb.

Görüş zamanı ABŞ hökumətinin Azərbaycanın gömrük sisteminə ianələr etməsi xatırlanıb. Astara gömrükçülərinin ianə edilmiş avadanlıqdan da istifadə olunmaqla qaçaqmalçılıqla mübarizə aparılmasından bəhs edilib.

Buna da bax: 'Amerika Azərbaycanda xarici investisiyaların 80 faizini təşkil edir'

Səfir belə ianələrin diplomatik münasibətlərin 25-ci ildönümündə ölkələr arasında mövcud olan əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib.

Cənab Robert Sekuta və xanımı bir gün əvvəl, martın 10-da da Masallı rayonunda səfərdə olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG