Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:58

Bakı Beynəlxalq Hava Limanında bəyan edilməmiş 190 min dollar və 132.207,52 manat dəyərində, ümumi çəkisi 2 kq 279,44 qram olan 5 ədəd qızıl külçələri ölkədən çıxarmağa çalışan üç Azərbaycan vətəndaşının saxlandığı bildirilir.

Bu haqda Gömrük Komitəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatında yazılır.

Buna da bax:​ Gömrük ixracla məşğul olan sahibkarlardan nə istəyir?

Olayın martın 8-də baş verdiyi bildirilir. Saxlanılan şəxslərin Elvin Yusubov, Rəşad Nəsibov Kamran Əhmədov olduğu qeyd edilir.

Sonuncu şəxsin gömrük əməkdaşı olduğu vurğulanır.

Adları çəkilən şəxslərin pulu və qızılı Türkiyəyə gedən reysə keçirməyə çalışarkən saxlandığı açıqlanıb.

Buna da bax: '23 kiloqram qızılın ölkədən çıxarılmasının qarşısı alınıb'

Rəsmi açıqlama ilə bağlı sözü gedən şəxslərin vəkilləri və ya yaxınları ictimaiyyətə, hələlik, hər hansı bir açıqlama bildirməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG