Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 05:30

'23 kiloqram qızılın ölkədən çıxarılmasının qarşısı alınıb'


Qızıl külçələri.

Ötən il qanunsuz yolla 1 milyon 623 min ABŞ dolları, 52 min avro, 31,4 milyon rus rublu, 156,6 min manatın ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınıb.

Bunu Dövlət Gömrük Komitəsinin keçən ilin kollegiya iclasında komitə sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

Xəbəri komitənin saytı yayıb.

Buna da bax:​ İstanbuldan gələn sərnişindən qızıl əşyalar götürülüb

Ötən il 990 min 345 manat dəyərində 22,4 kq qızıl, 446,2 min manat dəyərində zinət əşyaları, 7,6 karat qiymətli daşlar da aşkar olunub.

S. Mehdiyevin verdiyi məlumata görə, 2016-cı il ərzində 439 cinayət işi açılıb və istintaq hərəkətləri həyata keçirilib. 267 şəxs barəsində 229 cinayət işi ittiham aktları ilə baxılması üçün məhkəmələrə göndərilib.

Buna da bax:​ Azərbaycanın 22 tona yaxın qızıl-valyuta ehtiyatı var

2016-cı ilin yanvar-dekabr ayları ərzində istintaqı tamamlanmış cinayət işləri üzrə 269 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, təqsirləndirilən şəxslərdən 145 nəfəri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri, qalan 124 nəfəri barəsində isə istintaq orqanı tərəfindən həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG