Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:22

Amerikalı həmsədr Bakıdadır


Richard E Hoagland.

ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Richard E. Hoagland bu gün, martın 10-da Azərbaycana gəlib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah martın 11-dən Azərbaycanda görüşlər keçirməlidirlər.

Richard E. Hoagland digər həmsədrlərlə birgə xarici işlər naziri Elmar Məmmədyarovla görüşməlidir.

Rusiya ilə Fransanı təmsil edən digər həmsədrlər - Igor Popov və Stephane Visconti-nin də Azərbaycana gəlişi gözlənir.

Buna da bax:​ ABŞ Minsk Qrupuna yeni həmsədr təyin etdi

Həmsədrlərin Azərbaycandan sonra Ermənistana səfər edəcəyi bildirilir.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Richard E. Hoagland ötən il, dekabrın 31-i bu vəzifədən istefa verən səfir Ceyms B. Uorliki əvəz edir.

Səfir Hoqland diplomatik sahədə 30 ildən çox təcrübəyə malikdir. O, 2003-2006 illərdə Tacikistanda, 2008-2011 illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013 illərdə isə Pakistanda səfir müavini kimi çalışıb.

Buna da bax: Prezidentlər Qarabağ münaqişəsini müzakirə ediblər

Səfir Hoqland bu yaxında Suriyada Zorakılığın Dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi çalışıb.

Hoqland bundan öncə Departamentin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya Ofisinə rəhbərlik edib. O, həmçinin ABŞ-in Moskvadakı səfirliyinin sözçüsü də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG