Keçid linkləri

2017, 26 Mart, bazar, Bakı vaxtı 13:09

Bu ilin fevralında Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 134 milyon 471 min manat ödəyib.

Şirkətin açıqladığı məlumata görə, bu, 2016-cı ilin eyni ayı ilə müqayisədə 36 milyon 271 min manat və ya 36.93 faiz çoxdur.

Bu ilin yanvar-fevral aylarında büdcəyə 262 milyon 658 min manat vəsait köçürülüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46 milyon 776 min manat və ya 21.66 faiz çoxdur.

Bundan əlavə, fevralda SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF-yə) 12 milyon 656 min manat vəsait köçürüb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon 734 min manat və ya 15.87 faiz artıqdır.

Bu ilin yanvar-fevral aylarında SOCAR DSMF-yə 25 milyon 163 min manat ödəyib. Bu isə 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə ödəmələrdə 4 milyon 113 min manat və ya 19.54 faiz çoxalma deməkdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG