Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 03:57

ABŞ-ın qaya nefti hasilatçılarından olan «Pioneer Natural Resources Co.»nun rəhbəri Scott Sheffield bildirib ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) bu il hasilatı azaltmaqla bağlı razılaşmasını uzatmasa, neftin barrelinin dəyəri 40 dollara düşəcək.

S.Sheffield deyib, ABŞ-da qaya nefti hasilatçılarının diqqətləri OPEC və qeyri-OPEC hasilatçılarının iyunda bitəcək, gündəlik hasilatı 1.8 milyon barrel azaltmağı nəzərdə tutan razılaşmanı uzadıb-uzatmayacağına yönəlib.

«Əgər OPEC razılaşmanı uzatmazsa, nefti 40 dollar səviyyəsində görəcəyik. Bunun ABŞ-da qaya nefti işində gələcək investisiyalara əhəmiyyətli təsirləri olacaq», – deyə o bildirib.

O, neftin qiyməti 40 dollara düşərsə, bəzi yerlərdə investisiyanın faydalı olmayacağını söyləyib.

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG