Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 22:35

Medvedev:"Heç kimi Avrasiya birliyində zorla saxlamırlar"


Dmitry Medvedev - Bişkek.07.03.2017

Rusiyanın baş naziri Dimitri Medvedev deyib ki, Avrasiya İqtisadi Birliyində heç kim heç kimi zorla saxlamır.

Bu barədə life.ru və digər Rusiya saytları məlumat yayıb.

Medvedev birliyin hökumətlərarası şürasının Bişkekdə keçirilən toplantısında deyib ki, bu könüllü birlikdir,amma bütün iştirakçılar üçün sərfəlidir.

O, buna misal kimi Rusiya qazının qiymətini göstərib və bu məsələdə nəyisə sübut etməməyə çağırıb.

“Əgər burda iştirak edən bir sıra ölkələr bu ittifaqa daxil olmasaydılar və ya təsəvvür etdin ki, ondan çıxsalar, indi qazı Avropa qiymətinə-hər min kub metri 200 dollara alardılar. Vəssəlam və burda nəyisə sübut etmək lazım deyil, hər şey daha baha olardı”,deyə Medvedev vurğulayıb.

O, həmçinin əmək bazarının açıq olduğunu, energetika əməkdaşlığında hamının üstünlüklər qazandığını və sənaye kooperasiyasının inkişaf etdiyini deyib.

Qeyd edək ki, Rusiya qaz borcuna görə, Belarusa neft ixracını azaldıb. Məlumatlara görə Belarusun qaza görə Rusiyaya olan borcu artıq 660 milyon dollara çatıb.

1 ildən çoxdur ki, qazın qiyməti üstündə iki ölkə arasında mübahisə gedir və tərəflər hələ ki, məsələni yoluna qoya bilməyiblər.

Avrasiya İqtisadi Birliyi-nə hazırda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG