Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 07:57

Azərbaycanın nümayəndəsi işgəncələr haqda deyilənləri “nağıl” adlandırıb.

Martın 7-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycandakı vəziyyət müzakirə olunub.

Tədbirdə BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst, dinc toplaşmaq azadlığı hüququ məsələsi üzrə xüsusi məruzəçisi Mayna May, Azərbaycandan gənc fəal Nəcmin Kamil, hüquq müdafiəçisi Emin Hüseynov, jurnalist Xədicə İsmayılova (skayp vasitəsilə) və Azərbaycanın bu qurumdakı nümayəndəsi Vaqif Sadıqov çıxış ediblər.

Buna da bax:​ ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

M.Forst deyib ki, ötən ilin sentyabrında Azərbaycanda olub və fundamental azadlıqların vəziyyətinin pisləşdiyinin, ölkənin avtoritarizmə doğru sürükləndiyinin şahidi olub. O, özü fikirləri ilə əlaqədar hökumətin hücumlarına məruz qaldığını qeyd edib.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri insan hüquqları sahəsində vəziyyətin pisləşməsi, vətəndaşların siyasi motivlərlə təqib edilməsi, siyasi məhbus sayılan şəxslərin sayının 150-ni keçməsi haqqında danışıblar.

Müzakirələrin gedişi ilə bağlı Nəcmin Kamil məlumat verib.

Buna da bax:​ HRW: 'Bloqqerin həbsi Azərbaycanın bir az da aşağı yuvarlandığını göstərir'

Azərbaycanda bloqqer Mehman Hüseynovun bu günlərdə polisə böhtan atmaq ittihamı ilə 2 il həbs edilməsinə də diqqət yetirilib.

Nəcimin Kamil-in deməsinə görə, Vaqif Sadıqov tənqidi çıxışlarda səslənən fikirləri təkzib etməyə çalışıb. İşgəncələr haqqında verilən məlumatı "nağıl" adlandırıb.

Öz növbəsində, vətəndaş cəmiyyətinin nümayəndələri BMT qurumlarını Azərbaycanda insan hüquqları ilə bağlı problemlərə diqqəti artırmağa səsləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG