Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 03:59

İlahiyyatçı Abgül Süleymanovun cərimə kamerasına (karsa) salındığı bildirilir.

Bu haqda onun yaxınları məlumat veriblər.

Yaxınlarının sözlərinə görə, Abgül Süleymanov martın 6-da cərimə kamerasına salınıb. Onun cəzalandırılmasına Masallıda həbs olunan ilahiyyatçı Sərdar Hacıhəsənli ilə bağlı bəyanat yaymasının səbəb olduğu bildirilir.

Buna da bax:​ İslamçı fəal 11 il həbs cəzası aldı

Abgül Süleymanovun sözügedən bəyanatı bir neçə gün əvvəl mediada yayılmışdı. O, hamını həbs olunan ilahiyyatçının müdafiəsinə səsləmişdi.

Qobustandakı cəzaçəkmə müəssisəsindən ruhaninin cərimə kamerasına salınması barədə bilgi verməyiblər. Müəssisədən “bu haqda məlumatımız yoxdur" deyiblər.

Xatırlatma

Abgül Süleymanovu 2011-ci il avqustun 11-də ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları İsmayıllı rayonunun Lahıc qəsəbəsində - qayınatasının evində həbs ediblər.

Buna da bax: 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

O, bir il sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

A.Süleymanov Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham olunub. O, zor tətbiq etməklə irqi, sosial, dini düşmənçilik salma, ictimai qaydaları pozma, qanunsuz olaraq külli miqdarda narkotik və odlu silah saxlamada ittiham olunurdu.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG