Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:17

3 gün əvvəl tapılan meyitin kimliyi açıqlandı


Axtarış.

Martın 4-də meyiti aşkarlanan şəxsin neftçi olduğu açıqlanıb.

Bu xəbəri itkin neftçilərin axtarışını həyata keçirən Qərargah yayıb.

Xəbərdə qeyd edilir ki, həmin meyitin «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsində «avadanlığın təmiri və xidməti üzrə mexanik» vəzifəsində çalışmış 1957-ci il təvəllüdlü Elçin Həsənova məxsus olduğu müəyyən edilib.

XATIRLATMA

Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. İtkin düşənlərdən üçünün meyiti fevral ayında tapılmışdı. Qalan neftçilərdən, hələ də, xəbər yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG