Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 21:55

Ölkədə qadın çoxdur, amma onlar azalır...


Demoqrafiya (arxiv fotosu).

2017-ci ilin yanvar ayının əvvəlində ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edib. Bu ölkədə həmin tarixə görə, 4 milyon 918,8 min nəfər qadının olduğu anlama gəlir.

Dövlət Statistika Komitəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar yaydığı məlumatda belə yazılır. Komitə bildirir ki, 2016-cı ildə doğulmuş 159,5 min körpənin 46,8 faizi qızlardır.

Məlumatda qeyd edilir ki, qadınların 54,8 faizi nəsilvermə qabiliyyətinə malikdir, orta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir.

Buna da bax:​ Hər 7 saniyədə bir uşaq ərə verilir

“Ölkədə 18 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faizdir”- məlumatda bildirilir

Komitə vurğulayır ki, ölkədəki müəllimlərin 78, həkimlərin isə 65 faizi qadınlardır. Şagirdlərin 46,5, tələbələrin isə 48 faizinin qızlar olduğu qeyd edilir.

Buna da bax:​ Qız uşaqlarına ən gözəl şərait yaratmış ölkələr

Komitənin məlumatına görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,7, sahibkarlar arasında isə 20,9 faiz təşkil edir.

Qadın deputatların sayında da artım müşahidə olunduğu açıqlanıb. 1990-cı ildə bütün deputatların 4,3, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, hazırda bu göstəricinin 16,8 faizə çatdığı bildirilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG