Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:04

Fransa prezidentliyinə namizəd Rusiya ilə soyuq müharibəni təhlükə sayır


Marine Le Pen

Fransa prezidentliyinə namizəd Marine Le Pen Rusiya ilə soyuq müharibəni Avropa üçün təhlükə sayır.

“Milli cəbhə” partiyasının lideri bunu martın 5-də CBS televiziyasına müsahibəsində deyib.”Rusiyaya qarşı soyuq müharibə etmək və onu Çinin əlinə doğru itəlmək Avropa üçün təhlükədir”, Marine Le Pen deyib.

Rusiya prezidenti Vladimir Putinin təhlükə olması ilə bağlı suala gəldikdə isə Le Pen buna da inanmadığını bildirib. “Yox, buna da inanmıram. Vladimir Putin, mənim belə düşünməyimə əsas verən nəsə eləməyib”,deyə siyasətçi bildirib.

Qeyd edək ki, aprelin 23-də Fransada prezident seçkisinin birinci mərhələsi keçiriləcək.

Sosioloqların fikrincə Marine Le Pen 26 faiz səslə seçkinin birinci mərhələsinin favoriti sayılır, ikinci yerdə isə 24 faiz səslə keçmiş iqtisadiyyat naziri Emmanuel Makron gəlir.

Amma Marine Le Penin mayın 7-də keçiriləcək ikinci mərhələdə uduzacağı proqnozlaşdırılır.

Onu da qeyd edək ki, Avropa Parlamenti bu günlərdə Marine Le Peni deputat toxunulmazlığından məhrum edib. Buna da bax.

Günün bütün mövzuları

XS
SM
MD
LG